satellite   Azerspace-1: 11135 H 30000

UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib

UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Fuceyra limanından 70 km şimal-şərqdə gəmi ələ keçirilib.

NTV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatında deyilir.

"Kapitan bildirib ki, gəmi lövbərdə dayandığı zaman kənar şəxslər tərəfindən ələ keçirilib və hazırda İranın ərazi sularına doğru istiqamət alıb. UKMTO araşdırmanı davam etdirir. Gəmilərin hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - məlumatda qeyd edilib.

Bununla yanaşı, gəminin kimə məxsus olduğu və göyərtədə yükün olub-olmadığı açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM