satellite   Azerspace-1: 11135 H 30000

Tokayev: Astana ilə Ankara arasında heç bir ziddiyyət və fikir ayrılığı yoxdur

Tokayev: Astana ilə Ankara arasında heç bir ziddiyyət və fikir ayrılığı yoxdur

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Astanaya səfərinin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyini bəyan edib.

Bu barədə NTV-nin Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir.

K.Tokayev həmçinin bu səfərin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, Astana ilə Ankaranı dəyişməz dostluq, qardaşlıq münasibətləri və möhkəm tərəfdaşlıq bağlayır: "Dövlətlərimiz arasında heç bir ziddiyyət və fikir ayrılığı yoxdur".

K.Tokayev həmçinin ötən il Türkiyəyə rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaları xatırladıb:

"Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib, çox mühüm qərarlar qəbul edilib. Bu gün Şuranın altıncı iclası keçiriləcək, həmçinin genişmiqyaslı biznes-forum baş tutacaq".

Öz növbəsində Ərdoğan Qazaxıstan tərəfinə səmimi qəbula görə təşəkkür edib: "Əminəm ki, bugünkü səfər qardaş xalqlarımızın birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM