satellite   Azerspace-1: 11135 H 30000

Yeni Zelandiyada qaz ehtiyatları kəskin azalıb

Yeni Zelandiyada qaz ehtiyatları kəskin azalıb

Yeni Zelandiyada təbii qaz ehtiyatları son 20 ilin ən aşağı səviyyəsinə düşüb.

NTV xəbər verir ki, bu barədə ölkənin Biznes, İnnovasiya və Məşğulluq Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkənin qaz ehtiyatları 23 faiz azalaraq 731 petajul təşkil edib. Ən böyük azalma ölkənin iri qaz yataqlarından biri olan “Pohokura” yatağında qeydə alınıb.

Energetika naziri Simeon Braun bildirib ki, “Maui” yatağında hasilat bu il dayandırılacaq, 2036-cı ilə qədər isə səkkiz qaz yatağının bağlanacağı gözlənilir. Nazirin sözlərinə görə, qaz təchizatının azalması enerji qiymətlərinin artmasına və iqtisadiyyata mənfi təsir göstərir.

Hökumət enerji təhlükəsizliyini gücləndirmək üçün qaz kəşfiyyatı qadağasını ləğv edib və yeni dəstək tədbirləri həyata keçirməyə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM