satellite   Azerspace-1: 11135 H 30000

ABŞ neft qiymətlərinə dair proqnozlarını açıqlayıb

ABŞ neft qiymətlərinə dair proqnozlarını açıqlayıb

ABŞ cari il üzrə neft qiymətləri ilə bağlı proqnozlarını azaldıb.

NTV Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, bu il “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 94,85 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz 96 dollar/barel idi.

“Light” markalı xam neftin orta qiymətinin isə cari ildə 85,68 dollar/barel olacağı gözlənilir. Ötən ay üzrə proqnoz 87,41 dollar/barel olmuşdu. Gələn il üçün “Brent”in orta qiymətinin 79,39 dollar/barel, “Light”ın qiymətinin 74,39 dollar/barel təşkil edəcəyi proqnozlaşdırılır.

Enerji İnformasiya Administrasiyası ABŞ və İsrailin İrana hücumlarından sonra faktiki olaraq bağlanan Hörmüz boğazındakı fasilələrin qlobal enerji təchizatına mənfi təsirini nəzərə alaraq, bu il üçün neft qiymətləri ilə bağlı proqnozlarını aşağı istiqamətdə yenidən nəzərdən keçirib. Neft qiymətlərinin proqnozu qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının faktiki bağlanması səbəbindən yüksək dəyişkənlik və qeyri-müəyyənlik dövrü ilə xarakterizə olunur.

EIA-ya görə, aprel ayında “Brent” markalı xam neftin orta spot qiyməti fevral ayının orta qiymətindən 46 dollar yüksək olmaqla, 117 dollar/barel təşkil edib. “Brent”in gündəlik qiyməti aprelin 7-də təxminən 138 dollaradək yüksəlib.

Qeyd edək ki, Hörmüz boğazının faktiki bağlanması qlobal bazarlara çatan neft tədarükünü əhəmiyyətli dərəcədə azaldıb və enerji təchizatı zəncirlərində geniş yayılmış fasilələrə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM