Rusiya silahlı qüvvələri Ukraynanın Xerson və Xarkov vilayətlərinə hücum edib, nəticədə iki nəfər həlak olub, daha 47 nəfər yaralanıb.
NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının (VHA) rəhbərləri məlumat yayıb.
Xerson vilayətinin rəhbəri Aleksandr Prokudin bildirib ki, atəş nəticəsində 31 nəfər zərər çəkib, daha iki nəfər həlak olub. Xarkov şəhərinin meri İqor Terexov isə 16 nəfərin tibbi yardım üçün müraciət etdiyini bəyan edib.
