satellite   Azerspace-1: 11135 H 30000

Ombudsman: Rusiya tərəfindən qaçırılan 2134 uşaq Ukraynaya qaytarılıb

Ombudsman: Rusiya tərəfindən qaçırılan 2134 uşaq Ukraynaya qaytarılıb

“Bring Kids Back UA” təşəbbüsü çərçivəsində Rusiya tərəfindən qaçırılan 2134 uşaq artıq Ukraynaya qaytarılıb.

NTV xəbər verir ki, bu barədə Ukrayna parlamentinin insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets öz “Telegram” hesabında yazıb.

“Hazırda Ukrayna Prezidentinin “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində 2134 uşaq evlərinə qaytarılıb. Lakin minlərlə uşaq müvəqqəti işğal altında və ya Rusiya ərazisində qalır”, - deyə o yazıb.

Eyni zamanda, Lubinets vurğulayıb ki, Ukrayna uşaqlarının geri qaytarılması üzrə Beynəlxalq Koalisiya artıq 49 üzvdən ibarətdir.

“Bu missiyaya qoşulan hər bir ölkəyə səmimi-qəlbdən minnətdarıq. Xüsusilə, bu yaxınlarda İsveçrə və Kipr də ona qoşulub”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM