Rusiya atəşkəs rejiminin müddəti başa çatdıqdan sonra Ukraynaya qarşı hərbi əməliyyatları bərpa edib.
NTV "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Atəşkəs rejiminin müddəti başa çatdıqdan sonra Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatın keçirilməsini davam etdirib", - məlumatda deyilir.
Bildirilib ki, Rusiya qoşun birləşmələri Ukrayna bölmələrinə zərbələr endirir.
Qeyd edək ki, faşizm üzərində Qələbə Günü münasibətilə mayın 8-dən 10-dək Rusiya və Ukrayna arasında atəşkəs elan edilmişdi.
