satellite   Azerspace-1: 11135 H 30000

Media: Pentaqon Trampın Almaniyadan qoşunların çıxarılması ilə bağlı açıqlamasından təəccüblənib

Media: Pentaqon Trampın Almaniyadan qoşunların çıxarılması ilə bağlı açıqlamasından təəccüblənib

ABŞ Prezidenti Donald Trampın Almaniyadan qoşunların çıxarılmasının mümkünlüyü barədə açıqlaması Pentaqonun təəccübünə səbəb olub.

NTV xəbər verir ki, “Politico” nəşri bu barədə Almaniyadakı və Pentaqondakı adları açıqlanmayan mənbələrinə istinadla məlumat yayıb.

Birləşmiş Ştatlar liderinin Almaniyadakı qoşunların sayının azaldılması ehtimalı ilə bağlı açıqlamalarını şərh edən mənbələrin sözlərinə görə, Trampın bəyanatı Pentaqonu təəccübləndirib və onlar indi bunun nə qədər ciddi olduğunu müəyyən etməyə çalışırlar. Hazırda ABŞ Hərb Nazirliyində yüzlərlə, bəlkə də, minlərlə amerikalı əsgərin Almaniyadan çıxarılması üçün potensial səylərdən danışırlar.

ABŞ hərb nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell Pentaqonun bütün ssenarilər üçün planlar hazırladığını bildirib. “Biz Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə tam hazırıq”, - deyə Şon Parnell vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM