Avropa İttifaqına (Aİ) üzv ölkələr Ukraynaya kreditin ayrılmasına razılıq verib.
NTV “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Macarıstan Ukrayna üçün nəzərdə tutulan Aİ yardım paketinə aylardır davam edən blokadasını aradan qaldırıb.
Vəzifədən getməkdə olan Baş nazir Viktor Orban Aİ-nin Ukraynaya 90 milyard avroyadək kreditin ayrılmasını nəzərdə tutan qərarını dəstəkləyib.
Bundan əlavə, Rusiyaya qarşı yeni sanksiyalar paketinin də qəbuluna start verilib. Qərarların rəsmi təsdiqi yazılı prosedur vasitəsilə həyata keçiriləcək və prosesin cümə axşamı tamamlanacağı gözlənilir.
