satellite   Azerspace-1: 11135 H 30000

“Ukrtransnafta” Macarıstan və Slovakiyaya “Drujba” kəməri ilə neft tranzitini bərpa etməyə hazırdır

“Ukrtransnafta” Macarıstan və Slovakiyaya “Drujba” kəməri ilə neft tranzitini bərpa etməyə hazırdır

“Ukrtransnafta” Macarıstan və Slovakiyaya “Drujba” kəməri ilə neft tranzitini bərpa etməyə hazırdır.

NTV bu barədə MOL-un mətbuat xidmətinə istinadla xəbər verir.

“Drujba” boru kəmərinin Ukrayna hissəsinin istismarından məsul olan “Ukrtransnafta” ASC MOL-a boru xəttində təmir işlərinin başa çatması barədə rəsmi olaraq məlumat verib. Məlumata əsasən, “Ukrtransnafta” Macarıstan və Slovakiyaya xam neft tranzitini bərpa etməyə hazırdır”, - deyə mətbuat açıqlamasında bildirilir.

Həmçinin qeyd edilib ki, 2026-cı il yanvarın 27-dən qüvvədə olan fors-major halları aprelin 22-də ləğv edilib.

Qeyd etmək lazımdır ki, neft tranzitinin bərpası Ukraynanın Aİ ilə maliyyə yardımı üzrə danışıqları fonunda baş verir. Neft tədarükü iqtisadi sabitliyə və Avropa tərəfdaşları ilə əməkdaşlığa təsir edən amil kimi qəbul edilir.

Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski “Drujba” boru kəmərinin Rusiyanın atəşi nəticəsində zədələnmiş hissəsinin təmir edildiyini və bunun nəticəsində onun fəaliyyətini bərpa olunduğunu açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM