satellite   Azerspace-1: 11135 H 30000

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodu vurub

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodu vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətindəki Taqanroq şəhərinə raket zərbəsi endirib. Zərbə "Molniya" dronları və "Orion" pilotsuz uçuş aparatları üçün komponentlər istehsal edən "Atlant Aero" müdafiə sənayesi şirkətinə dəyib.

NTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalı məlumat yayıb.

Hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.

Ukrayna Hərbi Dəniz Qüvvələri zərbənin "Neptun" raketləri ilə həyata keçirildiyini dəqiqləşdirib.

Qeyd olunur ki, bu obyektin məhv edilməsi Rusiyanın dron istehsal imkanlarını azaldacaq və rus ordusunun Ukraynadakı mülki hədəflərə zərbə endirmək qabiliyyətini zəiflədəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM