satellite   Azerspace-1: 11135 H 30000

Hörmüz boğazı yenidən bağlanıb

Hörmüz boğazı yenidən bağlanıb

İran ABŞ-nin dəniz blokadası tamamilə aradan qaldırılana qədər şənbə axşamından Hörmüz boğazını bağlayıb.

 

NTV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb

 

Məlumatda qeyd olunur ki, ABŞ İran gəmiləri və limanlarının dəniz blokadasını ləğv etmədiyi üçün Hörmüz boğazı bu gündən etibarən blokada qaldırılana qədər bağlı olacaq.

 

"Xəbərdarlıq edirik ki, heç bir gəmi Fars körfəzində və Oman dənizində lövbər salmamalıdır və Hörmüz boğazına yaxınlaşmaq düşmənlə əməkdaşlıq hesab ediləcək və bu qaydaları pozan gəmilər məsuliyyətə cəlb olunacaq", - deyə bəyan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM