“Drujba” boru kəməri ilə Macarıstana Rusiya neftinin nəqli gələn həftə bərpa oluna bilər.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Macarıstan müxalifətinin lideri, partiyası parlament seçkilərində qalib gəlmiş Peter Macyar bildirib. Onun sözlərinə görə, Macarıstanın neft və qaz qrupu MOL tərəfdaşlarından aldığı məlumatlara əsasən boru kəməri ilə neft tədarükünün yenidən başlamasını gözləyir. Boru kəməri ilə nəqlin dayandırılmasının səbəbləri və tranzitin tam bərpası üçün mümkün müddət açıqlanmayıb.
Daha əvvəl bildirilirdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski Viktor Orbanın Macarıstan parlamentinə seçkilərdə məğlubiyyətindən sonra “Drujba” boru kəmərinin təmirini sürətləndirməyi tapşırıb. Təmir işlərinin aprelin sonunadək yekunlaşması planlaşdırılır.
