satellite   Azerspace-1: 11135 H 30000

Tailandda Sonqkran festivalı zamanı 242 nəfər avtomobil qəzalarında ölüb

Tailandda Sonqkran festivalı zamanı 242 nəfər avtomobil qəzalarında ölüb

Tailandda ənənəvi yeni il bayramı olan Sonqkran festivalında baş verən avtomobil qəzalarında 249 nəfər ölüb.

 

NTV xəbər verir ki, Tailandın Fəlakətlərin qarşısının alınması departamenti aprelin 10-dan 16-dək davam edən bayram tətilində ölkə üzrə 1242 yol-nəqliyyat hadisəsinin baş verdiyini, nəticədə 242 nəfərin öldüyünü, 1200 nəfərin xəsarət aldığını açıqlayıb. Qəzaların sayı ötən illə müqayisədə 35, ölü və yaralıların sayı isə müvafiq olaraq 37 və 10 faiz azalıb.

 

Qurumun məlumatına görə, qəzaların əsas səbəbi yüksək sürət və sərxoş halda idarəetmə olub.

 

Qeyd edək ki, yeni ilin başlanğıcını simvolizə edən Sonqkran hər il aprelin 13-15-də qeyd olunur. Bayram günlərində ölkədaxili səyahətlərin sayı çoxalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM