satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon: İrana qarşı əməliyyatda 390 amerikalı hərbçi yaralanıb

Pentaqon: İrana qarşı əməliyyatda 390 amerikalı hərbçi yaralanıb

Son məlumatlara görə, İrana qarşı əməliyyatın başlanmasından bəri ən azı 390 amerikalı hərbçi yaralanıb.

NTV xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, yaralananlardan 346 nəfəri birbaşa döyüş əməliyyatları zamanı xəsarət alıb. Onların arasında 231 nəfər ordunun şəxsi heyəti, 63 nəfər Hərbi Dəniz Qüvvələrinin dənizçisi, 19 nəfər Dəniz Piyadası və 33 nəfər Hərbi Hava Qüvvələrinin hərbçisidir.

Hesabatda qeyd olunur ki, yaralıların əksəriyyəti artıq xidmətə qayıdıb.

ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn daha əvvəl bildirib ki, amerikalı hərbçilərin yaralanmalarının böyük hissəsi İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində baş verib.

Məlumata görə, bu günə qədər döyüşlərdə 13 amerikalı hərbçi həlak olub. Onlardan altısı Küveytdə, biri isə Səudiyyə Ərəbistanında qeydə alınıb. Digərləri isə ABŞ-a məxsus tanker təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM