satellite   Azerspace-1: 11135 H 30000

Avropada təbii qaz qiymətləri kəskin artıb

Avropada təbii qaz qiymətləri kəskin artıb

Yaxın Şərqdəki gərginlik fonunda Avropada təbii qaz qiymətlərində kəskin artım qeydə alınıb.

NTV xarici mediaya istinadla xəbər verir ki, Niderlandın TTF habında may ayı üzrə fyuçers müqavilələrində qazın qiyməti meqavat-saat üzrə 6 faiz artaraq 50,3 avro təşkil edib. Qitədəki qaz anbarlarının doluluq nisbəti isə 27 faizə düşüb.

Qazın qiyməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı müharibənin davam edəcəyinə dair açıqlamalarından sonra kəskin artım göstərib.

Ekspertlərin fikrincə, “köhnə qitə”nin enerji bazarı təbii qaz təchizatında potensial fasilələrə qarşı həssas olaraq qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM