satellite   Azerspace-1: 11135 H 30000

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək

İran Filippin bayrağı altında üzən gəmilərə Hörmüz boğazından maneəsiz keçməyə icazə verəcək.

NTV  xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi bu barədə tərəflər arasında baş tutan telefon danışığından sonra məlumat yayıb.

Filippinin xarici işlər naziri Tereza Lazaro bu qərarın ölkəsi üçün həyati əhəmiyyət kəsb etdiyini, həmçinin regionda fəaliyyət göstərən filippinli dənizçilərin təhlükəsizliyi ilə yanaşı, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsinə dəstək olduğunu vurğulayıb.

“Filippin ehtiyac duyduğu enerji resurslarının böyük hissəsini Yaxın Şərqdən idxal edir. İranın zəmanətləri Filippin üçün neft məhsulları və gübrələrin sabit tədarükünü əhəmiyyətli dərəcədə asanlaşdıracaq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, martın 24-də Filippin Prezidenti Ferdinand Markos ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində Hörmüz boğazının bağlanması və regiondan enerji təchizatının dayandırılması ilə əlaqədar ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM