satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı üzrə 5 nəfər həbs edilib

Gürcüstanda külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı üzrə 5 nəfər həbs edilib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) külli miqdarda dövlət vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə 5 nəfərin həbs edildiyini açıqlayıb.

NTV-nin  məlumatına görə, qurumun Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Emzar Qaqnidze brifinqdə bildirib ki, saxlanılan şəxslər sahibkarlıq subyektinin və onun subpodratçı şirkətlərinin dörd direktoru, eləcə də şirkətin bir əməkdaşıdır.

İstintaq materiallarına əsasən, 2023–2026-cı illərdə "Aladaşvili və ko" MMC ilə Tbilisinin İsani rayonu, Çuqureti rayonu, Mtatsminda rayonu və Krtsanisi rayonu administrasiyaları arasında sosial cəhətdən həssas əhali üçün pulsuz yeməkxana xidmətlərinin göstərilməsinə dair ümumi dəyəri 26 513 573 lari (təxminən 9.85 milyon ABŞ dolları - red.) olan 12 müqavilə imzalanıb.

Araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən MMC və onun subpodratçıları – "Gid", "Bade" və "Alion" MMC-lər müqavilə öhdəliklərini tam yerinə yetirməyib. Belə ki, 2024–2026-cı illərdə gündəlik 14 451 benefisiara xidmət göstərilməsi nəzərdə tutulsa da, faktiki xidmətlər lazımi səviyyədə təmin edilməyib.

İstintaqa görə, məhsulların qəbulu və çatdırılması ilə bağlı sənədlərin saxtalaşdırılması yolu ilə dövlət büdcəsindən ayrılmış vəsaitlərin bir hissəsi – ümumilikdə 3 529 000 (təxminən 1.3 milyon dollar - red.) lari mənimsənilib.

DTX-nin məlumatına əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsinin "b" bəndi (külli miqdarda dələduzluq) və 25-ci maddə üzrə istintaq davam etdirilir. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qaqnidze vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdiriləcək və bütün sahibkarlar qanunvericiliyə ciddi əməl etməyə çağırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM