İranın “Mobarakeh Steel” şirkətinin İsfahan şəhərindəki metallurgiya zavoduna edilən hava hücumları müəssisəyə ciddi ziyan vurub.
NTV xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə şirkətin açıqlamasına istinadla məlumat yayıb. “Hücumlar genişmiqyaslı olub, ciddi ziyanla və istehsal obyektlərinin xeyli dərəcədə dağılması ilə nəticələnib”, - deyə agentlik açıqlamadan bir hissəni sitat gətirib.
“Bloomberg” xatırladır ki, zavod ötən həftənin sonlarında da hava zərbələrinə məruz qalıb və çərşənbə axşamı günü yenidən hədəfə alınıb.
