satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda təhsildən yayınma halları artır

Gürcüstanda təhsildən yayınma halları artır

Gürcüstanda təhsildən yayınma nisbəti 2025-ci ildə də yüksək səviyyədə qalıb.

NTV Gürcüstan İctimai Müdafiəçisinin (Ombudsman) illik hesabatına istinadla xəbər verir ki, bu problemin əsas səbəblərindən biri ailələrin uşaqları ilə birlikdə xaricə köçməsidir. Hesabatda deyilir ki, 2025-ci ildə 7248 şagird təhsildən kənarlaşdırılıb, 1366 nəfərin tələbə statusu ləğv edilib. 2025-ci ildə ölkədə 2086 dövlət və 206 özəl məktəb fəaliyyət göstərib ki, onlardan 9-u internat tiplidir. 2025-2026-cı tədris ilində ümumi şagird sayı 643 801 nəfər təşkil edib.

Hesabatda, həmçinin məktəblərdəki sıxlıq probleminə də toxunulub. Qeyd edilib ki, 297 dövlət məktəbində dərslər iki və ya daha çox növbədə, 22 məktəbdə isə hətta üç növbədə təşkil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM