satellite   Azerspace-1: 11135 H 30000

Fransa ABŞ-yə məxsus hərbi təyyarələrin ölkə üzərindən uçuşuna məhdudiyyət tətbiq olunmadığını açıqlayıb

Fransa ABŞ-yə məxsus hərbi təyyarələrin ölkə üzərindən uçuşuna məhdudiyyət tətbiq olunmadığını açıqlayıb

Fransa hakimiyyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus hərbi təyyarələrin ölkə üzərindən uçuşuna məhdudiyyət tətbiq olunmasına dair iddiaları təkzib edib.

NTV xəbər verir ki, bu barədə Yelisey Sarayı açıqlama yayıb.

Açıqlamada, eyni zamanda, ABŞ Prezidenti Donald Trump tərəfindən səsləndirilən ittihamlardan təəccüb ifadə edilib.

BFMTV-nin yaydığı məlumata görə, Fransa hava məkanının istifadəsinə heç bir əlavə məhdudiyyət qoymayıb və bu baxımdan D. Trampın açıqlamaları həqiqəti əks etdirmir. “Ölkəyə giriş şərtləri əvvəlki kimi qalır və yalnız logistik nəqliyyat təyyarələrinə, xüsusilə “İstres” və “Avor” bazalarına enişə icazə verilir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti “Truth Social” platformasında Fransanın İsrailə hərbi avadanlıq daşıyan təyyarələrin öz ərazisi üzərindən uçuşunu qadağan etdiyini bildirib. O, Fransanın bu mövqeyini tənqid edərək, onu “çox az əməkdaşlıq edən” adlandırıb və ABŞ-nin bunu unutmayacağını diqqəttə çatdırıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM