satellite   Azerspace-1: 11135 H 30000

Media: ABŞ-nin NATO-dan çıxması müzakirə olunur

Media: ABŞ-nin NATO-dan çıxması müzakirə olunur

Macarıstanın “index.hu” nəşri ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı son bəyanatlarını və bunun mümkün nəticələrini təhlil edib. Yazıda qeyd olunur ki, Tramp alyansı kəskin tənqid edərək ABŞ-nin NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

NTV xəbər verir ki, nəşrin məlumatına görə, bu mövqe əsasən İran ətrafında yaranmış gərginlik fonunda formalaşıb. Tramp hesab edir ki, ABŞ müttəfiqlərinə, xüsusilə Ukrayna məsələsində ciddi dəstək göstərsə də, Avropa ölkələri Vaşinqtonun hərbi təşəbbüslərinə adekvat cavab verməyib.

Məqalədə qeyd olunur ki, ABŞ rəhbərliyi NATO-nu “kağız pələng” kimi qiymətləndirir və alyansın effektivliyini şübhə altına alır. Bu yanaşma Qərb daxilində ciddi fikir ayrılıqlarının yarandığını göstərir.

Eyni zamanda, Böyük Britaniyanın baş naziri Kir Starmerlə bağlı tənqidlər də diqqət çəkir. Tramp Londondan daha fəal mövqe gözlədiyini bildirib, lakin Britaniyanın ilkin mərhələdə ehtiyatlı davranması Vaşinqtonda narazılıq yaradıb.

“index.hu” yazır ki, bu ritorika Avropada ciddi narahatlıq doğurur. ABŞ-nin NATO-dan mümkün çıxışı alyansın gələcəyini sual altına qoya və təhlükəsizlik arxitekturasını kökündən dəyişə bilər. Belə bir addımın Rusiyanın mövqelərinin gücləndirəcəyindən və trans-Atlantik münasibətlərdə dərin böhran yaracağından da ehtiyyat edilir.

Məqalə ümumilikdə Trampın çıxışlarının yalnız siyasi bəyanat deyil, həm də Qərb ittifaqının gələcəyinə yönəlmiş strateji siqnal kimi qiymətləndirildiyini vurğulayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM