satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan Parlamenti Seçki Məcəlləsində beynəlxalq müşahidəçilərlə bağlı dəyişiklik edib

Gürcüstan Parlamenti Seçki Məcəlləsində beynəlxalq müşahidəçilərlə bağlı dəyişiklik edib

Gürcüstan vətəndaşları beynəlxalq müşahidəçi kimi qeydiyyatdan keçə bilməyəcək. Gürcüstan Parlamenti Seçki Məcəlləsində bununla bağlı dəyişiklikləri qəbul edib.

NTV xəbər verir ki, dəyişiklik nəticəsində beynəlxalq müşahidə missiyalarında Gürcüstan vətəndaşları artıq müşahidəçi kimi qeydiyyatdan keçə bilməyəcək.

Qanunvericiliyə edilən dəyişikliklərə görə, beynəlxalq müşahidəçi yalnız xarici ölkə vətəndaşı ola bilər.

Qanun layihəsinin təşəbbüskarı, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı Davit Matikaşvili bildirib ki, bu dəyişiklik beynəlxalq müşahidəçilərin qiymətləndirmələrinin siyasi amillərdən və partiyaların maraqlarından təsirlənməməsi məqsədi daşıyır.

“Seçki proseslərinin qiymətləndirilməsi maksimum obyektiv və neytral olacaq”, – deyə, deputat bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM