Türkiyənin Muğla vilayətinin ərazi sularında qanunsuz miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 19 miqrant həyatını itirib. 20 nəfərin xilas edildiyi bildirilir.
NTV xəbər verir ki, hadisə Muğlanın Bodrum rayonu ərqzisində baş verib.
Bölgədə axtarış-xilasetmə işləri davam edir.
