satellite   Azerspace-1: 11135 H 30000

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

ABŞ Prezidenti Donald Trampın müttəfiqlərə yönəlmiş artan təzyiqlərinə baxmayaraq, Avropa ölkələri Vaşinqtonun İranla münaqişə ilə bağlı yardım tələblərini getdikcə daha çox rədd edir.

NTV xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Avropada artan müqavimət bir neçə səbəbdən qaynaqlanır: müharibədən əvvəl ABŞ ilə kifayət qədər məsləhətləşmələrin aparılmaması, Vaşinqtonun məqsədləri ilə bağlı qeyri-müəyyənlik və Trampın müttəfiqlərə qarşı sərt ritorikası.

Avropalı yüksək vəzifəli müdafiə rəsmisinin sözlərinə görə, əsas problem ABŞ-ın hərəkətləri ilə bağlı aydınlığın olmaması və münaqişə başlamazdan əvvəl demək olar ki, heç bir ciddi məsləhətləşmənin aparılmamasıdır.

Digər bir rəsmi isə qeyd edib ki, NATO-nun Şərq cinahında yerləşən ölkələr üçün prioritet məsələ öz ərazi müdafiəsinin təmin olunmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM