satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Baxçalı: Regionda eskalasiya getdikcə gözlənilməz hala gəlir

Dövlət Baxçalı: Regionda eskalasiya getdikcə gözlənilməz hala gəlir

Beynəlxalq hüquq pozulub, BMT sistemi isə tarixinin ən ağır dövrünü yaşayır. Türkiyə ilə qonşu ölkələrdə eskalasiya artıb, nüvə obyektlərinin bombalanması isə bölgədə gərginliyi artırıb. Genişmiqyaslı enerji böhranı yaxınlaşır. Hərbi əməliyyatlar getdikcə gözlənilməz hala gəlir.

 

NTV xəbər verir ki, bu barədə Ankarada keçirilən Milliyyətçi Hərəkat Partiyasının (MHP) parlament fraksiyasının iclasında çıxış edən MHP sədri Dövlət Baxçalı bildirib. D.Baxçalı vurğulayıb ki, Ankara İslam ölkələrində münaqişələrə son qoyulmasının lehinə çıxış edir.

 

Türkiyənin siyasi qüvvələrindən birinin lideri hesab edir ki, Fars körfəzi ölkələrinin İranla bağlı münaqişəyə fəal şəkildə qoşulduğu təqdirdə, problem yalnız regionla məhdudlaşmayacaq, “bütün dünyaya dalğa şəklində yayılacaq”.

 

D.Baxçalı İspaniya hökumətinin İranla bağlı mövqeyini “nümunəvi” adlandıraraq bütün ölkələri “Madriddən nümunə götürməyə” çağırıb.

 

“Baş verənlər fonunda Türkiyənin birliyini və həmrəyliyini gücləndirmək indiyə qədər olduğundan daha vacibdir. Əminəm ki, Ankaranın bu gün tutduğu yol - qlobal proseslərin dərin təhlili, düşünülmüş hərəkətlər və ədalət prinsiplərinə sadiqliyin birləşməsi Türkiyəni supergücə çevirərək, bizi məqsədimizə gətirib çıxaracaq”, - deyə MHP lideri əminliyini ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM