satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya Yaxın Şərqdə evlərini tərk edən insanlara yardım ayırır

Böyük Britaniya Yaxın Şərqdə evlərini tərk edən insanlara yardım ayırır

Böyük Britaniyanın xarici işlər naziri Yaxın Şərqdə davam edən münaqişə səbəbindən evlərini tərk edən yüz minlərlə insana həyati əhəmiyyətli dəstək göstərilməsi üçün yeni maliyyə paketi elan edib.

NTV xəbər verir ki, regionda və ətraf ərazilərdə fəaliyyət göstərən humanitar təşkilatlara 15 milyon funt sterlinq ayrılacaq. Bu vəsait sürətlə pisləşən humanitar vəziyyətin aradan qaldırılmasına yönəldiləcək. Ayrılan maliyyənin yarısı Livana yönəldiləcək. Hazırda ölkədə təxminən 800 min nəfərin məcburi köçkün vəziyyətinə düşdüyü bildirilir.

Paket çərçivəsində 3,5 milyon funt Livanda təcili humanitar ehtiyacların qarşılanmasına sərf olunacaq. 2 milyon funt Livan Qızıl Xaç Cəmiyyətinə ayrılaraq tibbi xidmətlərin göstərilməsi, yardım vasitələrinin təmin edilməsi və fövqəladə xidmətlərin fəaliyyətinin davam etdirilməsinə yönəldiləcək. 2 milyon funt isə Beynəlxalq Qızıl Xaç Komitəsinə ayrılacaq və bu vəsait zorakılıqdan qaçan insanlara təcili yardımın, o cümlədən tibbi dəstəyin göstərilməsinə sərf olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM