satellite   Azerspace-1: 11135 H 30000

Almaniyanın bir neçə əyalətində ictimai nəqliyyat işçilərinin xəbərdarlıq tətili keçirilir

Almaniyanın bir neçə əyalətində ictimai nəqliyyat işçilərinin xəbərdarlıq tətili keçirilir

Almaniyada Xidmət İşçilərinin Həmkarlar İttifaqının çağırışı ilə bir sıra əyalətdə keçirilən xəbərdarlıq tətili ictimai nəqliyyatın fəaliyyətində ciddi çətinliklər yaradıb.

NTV xəbər verir ki, Hamburq, Şimali Reyn-Festfaliya və Saksoniya-Anhalt əyalətlərində avtobus, metro və tramvayların hərəkəti dayandırılıb. Bavariyanın paytaxtı Münxendə tətil ikinci gündür davam edir. Şimali Reyn-Festfaliyada isə bu həftə ərzində ikinci belə aksiya keçirilir. Saksoniya-Anhalt əyalətinin bəzi şəhərlərində nəqliyyatın fəaliyyəti bazar gününədək məhdud vəziyyətdə qalacaq.

Tətil əsasən şəhərdaxili nəqliyyatı əhatə edir, “Alman Dəmir Yolları” şirkətinin (Deutsche Bahn) regional və şəhərətrafı qatarları fəaliyyətini davam etdirir. Hamburqda metro hərəkəti tam dayanıb, avtobus reysləri ciddi şəkildə azaldılıb.

Həmkarlar ittifaqı tətillərin davam edən tarif danışıqları çərçivəsində iş şəraitinin yaxşılaşdırılması tələblərini gündəmə gətirmək məqsədi daşıdığını bildirib. Danışıqlarda iş saatlarının azaldılması, fasilələrin uzadılması və əməkhaqlarının artırılmasına dair tələblər müzakirə edilir.

Bu, son aylarda ictimai nəqliyyat sektorunda keçirilən üçüncü genişmiqyaslı xəbərdarlıq tətilidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM