satellite   Azerspace-1: 11135 H 30000

Kosta-Rika Kubadakı səfirliyini bağlamaq qərarına gəlib

Kosta-Rika Kubadakı səfirliyini bağlamaq qərarına gəlib

Kosta-Rika Kubadakı səfirliyini bağlamaq qərarına gəlib və Havananı diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırıb.

NTV xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.“Kosta-Rikanın Kubadakı səfirliyini bağlamaq qərarına gəldik və Kuba hakimiyyətini oxşar tədbirlər görməyə - akkreditə olunmuş diplomatik heyəti geri çağırmağa və ölkəmizdə yalnız konsulluq missiyasını saxlamağa çağırırıq”, - deyə Kosta-Rikanın xarici işlər naziri Arnoldo Tinoko bildirib.

Vəziyyəti şərh edən Kosta-Rika Prezidenti Rodriqo Çaves Kuba vətəndaşları üçün yaratdığı yaşayış şəraitinə görə Havanada mövcud hakimiyyətinin legitimliyini tanımadıqlarını vurğulayıb.

Kuba Xarici İşlər Nazirliyi isə öz növbəsində Kosta-Rikanın ABŞ-nin təzyiqi altında Havana ilə münasibətləri məhdudlaşdırdığını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM