Ər-Riyad şəhərinin səmasında zərərsizləşdirilmiş ballistik raketin qəlpələrinin yaşayış məntəqəsinə düşməsi nəticəsində dörd əcnəbi yaralanıb.
NTV xəbər verir ki, bunu Səudiyyə Mülki Müdafiə Xidmətinin sözçüsü bildirib.
Sözçü vurğulayıb ki, mülki obyektlərin hədəfə alınması cəhdləri beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.
