satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda matəm günləri martın 23-dək davam edəcək

Gürcüstanda matəm günləri martın 23-dək davam edəcək

Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə bağlı matəm günləri martın 23-dək davam edəcək

NTV  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hökumət administrasiyasında Patriarxın dəfn mərasiminin təşkilati məsələləri ilə bağlı işgüzar görüş keçirilib.

İclasda vurğulanıb ki, bu məsələ ilə bağlı dövlət komissiyası yaradılacaq.

Xatırladaq ki, Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib. O, martın 22-də dəfn olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM