Yaxın Şərqdə gərginliyin başladığı fevralın sonlarından bəri Hörmüz boğazından təxminən 90 gəmi keçib.
NTV xəbər verir ki, “Associated Press” agentliyi bu barədə “Lloyd's List Intelligence” analitika şirkətinə istinadla məlumat yayıb. Məlumata görə, 1-15 mart tarixləri arasında Hörmüz boğazından 16 neft tankeri də daxil olmaqla ən azı 89 gəmi keçib. Onların 20 faizi İranla, qalanları isə digər neytral ölkələrlə əlaqəli olub. Ekspertlərin sözlərinə görə, İran bəzi gəmilərin tranzit keçidinə imkan verən təhlükəsiz dəhliz yaradıb. Bura İranın neft tankerləri də daxildir.
Bazar ertəsi İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi Tehranın icazəsi ilə bir neçə gəminin Hörmüz boğazından keçdiyini bildirib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumlarından əvvəl Hörmüz boğazdan gündə 100-135 gəmi keçirdi.
