satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan mediası: İran ətrafında gərginlik və Yaxın Şərqdə müharibə təhlükəsi artır

Macarıstan mediası: İran ətrafında gərginlik və Yaxın Şərqdə müharibə təhlükəsi artır

Macarıstanın “İndex.hu” nəşrində dərc olunan məqalədə Yaxın Şərqdə sürətlə artan gərginlik və İran ətrafında formalaşan yeni münaqişə riski təhlil olunub.

NTV xəbər verir ki, yazıda Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrailin koordinasiyalı hərbi əməliyyatlarının regionda qüvvələr balansını kəskin şəkildə dəyişdiyi bildirilir.

Nəşr qeyd edir ki, 2026-cı ilin fevralında həyata keçirilən hücumlar zamanı İranın ali rəhbərliyinə ağır zərbə endirilib və bu hadisə münaqişənin yeni mərhələyə keçməsinə səbəb olub. Eyni zamanda, ABŞ və İsrailin birgə əməliyyatları İranın hərbi və nüvə infrastrukturlarını hədəfə alıb.

Məqalədə vurğulanır ki, Tehran cavab olaraq regionda, o cümlədən İsrail və Fars körfəzi istiqamətində raket və pilotsuz aparat hücumlarını gücləndirib. Bu isə münaqişənin daha geniş coğrafiyaya yayılması riskini artırır.

Bildirilir ki, vəziyyət təkcə hərbi deyil, həm də iqtisadi nəticələr doğurur. Enerji bazarlarında qeyri-sabitlik, neft qiymətlərində artım və qlobal ticarət marşrutlarının pozulması artıq hiss olunur.

Nəticə etibarilə vurğulanır ki, mövcud dinamika davam edərsə, region daha genişmiqyaslı müharibə ilə üz-üzə qala bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM