satellite   Azerspace-1: 11135 H 30000

Alimlər beyində davranışa təsir edən mexanizmi aşkarlayıblar

Alimlər beyində davranışa təsir edən mexanizmi aşkarlayıblar

İsrail və ABŞ alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu beyinin əhval-ruhiyyə və davranışa təsir edən kimyəvi mexanizmləri ilə bağlı mühüm kəşfə imza atıb.

NTV  İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, alimlər beyindəki bəzi hüceyrələrin insanın həm davranışına, həm də əhvalına təsir edən maddələrin - dopamin və serotoninin ifrazını idarə etdiyini müəyyənləşdiriblər. Məlumata görə, bu hüceyrələrin həddindən artıq aktivliyi obsesif-kompulsiv pozuntu və depressiya kimi hallarda davranışların nəzarətdən çıxmasına səbəb ola bilər.

Qeyd edilir ki, bu kəşf gələcəkdə daha dəqiq və hədəflənmiş müalicə üsullarının hazırlanmasına imkan yarada bilər. Belə ki, yeni yanaşmalar mövcud dərmanlardan fərqli olaraq beyinin kimyəvi siqnallarını daha incə şəkildə tənzimləməyə yönələcək. Bundan əlavə, tədqiqatın nəticələri fərdiləşdirilmiş müalicə planlarının hazırlanmasına və terapiya üsullarının daha effektiv tətbiqinə şərait yarada bilər.

Araşdırmanın nəticələri nüfuzlu “Nature Communications” jurnalında dərc olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM