satellite   Azerspace-1: 11135 H 30000

“British Airways” Yaxın Şərqə uçuşların təxirə salınması müddətini uzadıb

“British Airways” Yaxın Şərqə uçuşların təxirə salınması müddətini uzadıb

Böyük Britaniyanın milli aviadaşıyıcısı “British Airways” Yaxın Şərq istiqamətində uçuşların dayandırılma müddətini iyun ayına qədər uzadıb.

NTV  “The Independent”ə istinadla xəbər verir ki, şirkət Amman, Bəhreyn, Dubay və Təl-Əviv şəhərlərinə reyslərin 31 may daxil olmaqla ləğv edildiyini təsdiqləyib. Dohaya uçuşlar isə 30 aprelədək dayandırılıb.

Aviadaşıyıcı bəyanatında qeyd edib ki, qərar Yaxın Şərqdə mövcud vəziyyətin qeyri-müəyyənliyi və hava məkanında sabitliyin olmaması ilə bağlıdır. Bildirilib ki, bu addım həm də sərnişinlər üçün daha aydınlıq yaratmaq məqsədi daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM