satellite   Azerspace-1: 11135 H 30000

İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq

İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq

İran Hörmüz boğazında təhlükəsizlik problemlərinin ölkənin hərəkətləri ilə deyil, Yaxın Şərqdə ümumi gərginliklə bağlı olduğunu bəyan edib.

NTV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi NDTV telekanalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, “bütün regiona yayılan qeyri-sabitlik, təəssüf ki, Hörmüz boğazına qədər uzanır və bu, İranın günahı deyil”.

O, həmçinin vurğulayıb ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak edən ölkələrin gəmiləri neytral hesab oluna bilməz. “Biz açıq şəkildə bildirmişik ki, beynəlxalq hüquqa əsasən, təcavüzkar ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilməz, çünki onların keçidi artıq dinc xarakter daşımır”, – deyə sözçü qeyd edib.

İ.Bəqayi əlavə edib ki, İrana qarşı hərbi əməliyyatları dəstəkləyən gəmilərin boğazdan keçməsinə icazə verilməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

16:34 25.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM