satellite   Azerspace-1: 11135 H 30000

Bağdad Hava Limanı və ətrafına raketlər atılıb

Bağdad Hava Limanı və ətrafına raketlər atılıb

Bağdad Beynəlxalq Hava Limanı və onun ətrafı raket zərbələrinə məruz qalıb. Beş raket zərbəsi nəticəsində baş verən partlayışlarda hava limanının dörd əməkdaşı və təhlükəsizlik işçisi, eləcə də bir mühəndis müxtəlif dərəcəli xəsarətlər alıb.

NTV İraq Xəbər Agentliyinə istinadla xəbər verir ki, hücum yerli vaxtla saat 19:00-da baş verib.

Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri axtarış tədbirləri nəticəsində raketlərin buraxıldığı qurğu paytaxt Bağdadın qərbində yerləşən Rədvaniyyə bölgəsində nəqliyyat vasitəsinin içində gizlədilmiş vəziyyətdə aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM