satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ-nin Fuceyra limanı fəaliyyətini bərpa edib

BƏƏ-nin Fuceyra limanı fəaliyyətini bərpa edib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən gün PUA hücumuna məruz qalmış Fuceyra limanının fəaliyyəti bərpa olunub.

NTV “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, regionda neft ixracının mühüm mərkəzlərindən biri olan Fuceyra limanında neft yüklənməsi əməliyyatları şənbə günü hücum nəticəsində yaranmış yanğın səbəbindən dayandırılmışdı.

Qeyd olunur ki, BƏƏ-nin müvafiq qurumlarının çevik müdaxiləsi nəticəsində liman fəaliyyətini qısa müddət ərzində bərpa edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM