satellite   Azerspace-1: 11135 H 30000

Parisdə Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Parisdə Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Parisdə Çin ilə ABŞ arasında iqtisadi və ticarət məsələlərinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu başlayıb.

NTV Çin mediasına istinadla xəbər verir ki, Çin tərəfinə Baş nazirin müavini He Lifen, ABŞ tərəfinə isə isə maliyyə naziri Skott Bessent rəhbərlik edirlər. Paris danışıqları ABŞ Prezidenti Donald Trampın Çinə gözlənilən səfəri ərəfəsində baş tutur.

Qeyd edək ki, Donald Tramp ötən ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan sonra dünyanın iki böyük iqtisadiyyatı arasında yaranmış ticarət və rüsum mübahisələrinə dair Cenevrə, London, Stokholm, Madird və Kuala Lumpurda yüksəksəviyyəli danışıqlar keçirilib. Həmin danışıqlarda, habelə dövlət başçılarının ötən ilin sonunda Cənubi Koreyada keçirilmiş görüşündə müəyyən razılaşmalar əldə olunsa da, həllini gözləyən bir çox məsələ var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM