satellite   Azerspace-1: 11135 H 30000

Alimlər “superuzunömürlülərin” məşhur yaddaşının ehtimal olunan sirrini açıqlayıblar

Alimlər “superuzunömürlülərin” məşhur yaddaşının ehtimal olunan sirrini açıqlayıblar

Geniş yayılmış fikrə görə, yaddaş və yeni məlumatları mənimsəmə qabiliyyəti yaş artdıqca tədricən zəifləyir. Bu proses artıq 30 yaşında başlayır, həmin vaxt beyin tam yetkinliyə çatır. Bundan sonra idrak funksiyaları əvvəlcə yavaş, sonra isə getdikcə sürətlə zəifləməyə başlayır.

Lakin bəzi insanlar hətta 80-90 yaşlarında olduqca iti yaddaşını qoruyub saxlayırlar. Alimlər onları “superuzunömürlülər” adlandırırlar.

NTV xəbər verir ki, “Nature” jurnalında dərc olunmuş yeni araşdırmaya görə, bunun səbəbi beyində yeni sinir hüceyrələrinin aktiv şəkildə əmələ gəlməsi ola bilər.

Tədqiqatın nəticələri göstərib ki, həmin şəxslərdə hipokampda - beynin yaddaşa cavabdeh olan hissəsində - digər yaşlı insanlara nisbətən təxminən iki dəfə çox yeni neyron əmələ gəlir. Bu proses demensiyanın erkən əlamətləri olan insanlarda xeyli zəifdir, Altsheymer xəstəliyi olan xəstələrdə isə demək olar ki, yoxdur.

Qocalma üzrə isveçli tədqiqatçı, psixiatriya üzrə professor İnqmar Skuqun sözlərinə görə, bu kəşf beynin qocalması ilə bağlı mövcud təsəvvürü dəyişdirə bilər. Əvvəllər belə hesab edilirdi ki, idrak geriləməsi əsasən sinir hüceyrələrinin tədricən itirilməsi ilə əlaqəlidir. Yeni məlumatlar göstərir ki, yeni neyronların əmələ gəlməsi də əhəmiyyətli rol oynaya bilər.

“İnsanlar daha uzun ömür sürdüyü üçün belə insanların sayı da getdikcə artır. Mən bundan əvvəl deyirdim ki, 70 yaş yeni 50 yaşdır və bunda doğrudan da müəyyən həqiqət var”, - deyə tədqiqatçı qeyd edir.

Tədqiqatın müəlliflərindən biri - neyrobioloq Orli Lazarov hesab edir ki, hipokampda neyrogenezin artması bu cür insanlarda müstəsna yaddaşın səbəblərindən biri ola bilər. Lakin alimlər vurğulayırlar ki, məhz hansı amillərin - həyat tərzi, fiziki aktivlik və ya intellektual yük - bu prosesi stimullaşdıra biləcəyi hələlik məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM