satellite   Azerspace-1: 11135 H 30000

KİV: Yaponiya Ukraynanın hücum dronlarını almağı nəzərdən keçirir

KİV: Yaponiya Ukraynanın hücum dronlarını almağı nəzərdən keçirir

Yaponiya Özünümüdafiə Qüvvələri üçün Ukrayna istehsalı olan hücum dronları almağı düşünür.

NTV xəbər verir ki, bu barədə "RBK-Ukraina" Yaponiya mətbuatına istinadən məlumat yayıb.

Məlumata görə, Tokionun marağı Ukrayna PUA-larının real döyüş vəziyyətlərində effektiv istifadəsindən qaynaqlanır.

Yaponiya hökuməti bu dronların ölkənin müdafiə arsenalına daxil edilməsi imkanlarını araşdırır. Qeyd olunur ki, Ukrayna döyüş meydanında qazandığı təcrübə sayəsində pilotsuz texnologiyaların inkişafında əhəmiyyətli irəliləyiş əldə edib.

Yekun qərar Ukrayna dronlarını digər ölkələrin oxşar dronları ilə müqayisə etdikdən sonra veriləcək. Tokio xüsusən İsrailin istehsalı olan dronları da nəzərdən keçirir, lakin Qəzza zolağı ətrafındakı siyasi vəziyyəti nəzərə alaraq Yaponiya hakimiyyəti Ukrayna variantına meyllidir.

Yaponiyanın Müdafiə Nazirliyi həmçinin Ukrayna dronlarının radioelektron mübarizə sistemlərinə qarşı yüksək müqavimətini və onların əhəmiyyətli uçuş məsafəsini qeyd edib. Birbaşa alışlara əlavə olaraq, Tokio sonrakı yerli dron istehsalı üçün texnologiya əldə etməyi nəzərdən keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM