satellite   Azerspace-1: 11135 H 30000

Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur - FOTOLAR

Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur<font color=red> - FOTOLAR</font> Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur<font color=red> - FOTOLAR</font>

Ukraynada hava hücumlarına ən çox məruz qalan şəhərlərdən biri olan Xarkovda Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin və Mirzə Fətəli Axundzadənin heykəllərinə hər hansı ziyan dəyməyib. Belə ki, həmin abidələr mühafizə olunduğundan heykəllər hər hansı zərər görməyib.

Bunu NTV-yə açıqlamasında Ukraynanın Xalq rəssamı, Xarkov şəhərinin “Fəxri vətəndaşı”, soydaşımız Katib Məmmədov deyib.

“Bu gün də çalışırıq. Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Xarkov şəhərində müəllifi olduğum əsərləri şükür ki, qoruyub saxlaya bilmişik. Ümid edirik ki, müharibə tezliklə bitər, yeni layihələrlə Xarkov sakinlərini sevindirərik”, - deyə Katib Məmmədov əlavə edib.

Onun sözlərinə görə, hazırda vətənpərvərlik mövzusunda yeni sifariş üzərində işləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM