Omanın Sohar vilayətində 2 pilotsuz uçuş aparatı (PUA) yerə çırpılıb.
NTV Oman mediasına istinadla xəbər verir ki, Əl-Avhi sənaye zonasına düşən PUA 2 xarici ölkə vətəndaşının ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub.
Digər pilotsuz uçuş aparatı açıq əraziyə düşüb, zərərçəkən olmayıb.
