satellite   Azerspace-1: 11135 H 30000

Britaniya nüvə enerjisi layihələrinin sürətləndirilməsi üçün yeni plan açıqlayıb

Britaniya nüvə enerjisi layihələrinin sürətləndirilməsi üçün yeni plan açıqlayıb

Böyük Britaniyanın energetika naziri Ed Miliband ölkədə nüvə enerjisi istehsalının inkişafını sürətləndirmək məqsədilə yeni plan təqdim edib.

NTV “The Guardian”a istinadla xəbər verir ki, plan çərçivəsində gələn ilin sonuna qədər qaydaların sadələşdirilməsi, xərclərin və bürokratik maneələrin azaldılması nəzərdə tutulur.

Britaniya hökuməti bildirib ki, bu dəyişikliklər həm mühüm infrastrukturun tikintisini sürətləndirəcək, həm də təbiət və ətraf mühitin qorunmasını təmin edən qarşılıqlı faydalı nəticə yaradacaq. Bununla belə, bəzi siyasətçilər və tənqidçilər hökuməti məsuliyyətsiz derequlyasiya aparmaqda və təbiəti riskə atmaqda ittiham ediblər.

Plan çərçivəsində hökumət ötən il nüvə tənzimləmə üzrə işçi qrupunun hazırladığı hesabatın tövsiyələrini həyata keçirəcək. Hesabatda mövcud sistemin həddindən artıq mürəkkəb və bürokratik olduğu, proseslərin təhlükəsiz nəticələrdən daha çox üstün tutulduğu vurğulanıb.

Energetika naziri Ed Miliband bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə Britaniyanın enerji təhlükəsizliyini gücləndirməyin nə qədər vacib olduğunu göstərir. Onun sözlərinə görə, ölkə dəyişkən fosil yanacaq bazarlarından asılılığı azaltmaq üçün daha sürətlə təmiz enerji istehsal etməlidir. Nazir əlavə edib ki, bunun mühüm hissəsi enerji infrastrukturunun tikintisini sürətləndirmək, xərcləri azaltmaq, eyni zamanda, təbiət üçün daha yaxşı nəticələr əldə etməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İlber Ortaylı vəfat edib

16:51 13.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM