satellite   Azerspace-1: 11135 H 30000

Müdafiə Nazirliyi: Türkiyə ərazisinə və hava məkanına yönəlmiş təhdidə qarşı qətiyyətli tədbirlər görülür

Müdafiə Nazirliyi: Türkiyə ərazisinə və hava məkanına yönəlmiş təhdidə qarşı qətiyyətli tədbirlər görülür

Türkiyə Milli Müdafiə Nazirliyi İrana məxsus ballistik raketin vurulması ilə bağlı rəsmi məlumat yayıb.

NTV xəbər verir ki, nazirlik ballistik raketin Türkiyə hava məkanına daxil olduqdan sonra Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava hücumundan müdafiə bölmələri tərəfindən vurulduğunu qeyd edib.

Bəyanatda deyilir: “Türkiyə ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı qətiyyətli tədbirlər görülür. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə (İran - red.) ilə danışıqlar aparılır”.

Türkiyə mediasının məlumatına görə, partlayış səsləri yerli vaxtla səhər saat 3:25 radələrində “İncirlik” bazasının da yerləşdiyi Türkiyənin Adana əyaləti üzərində eşidilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İlber Ortaylı vəfat edib

16:51 13.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM