satellite   Azerspace-1: 11135 H 30000

Çin orbitə bir neçə peyk göndərib

Çin orbitə bir neçə peyk göndərib

Çin Yerin aşağı orbitinə bir neçə internet peyk göndərib.

NTV xəbər verir ki, peykləri orbitə aparan “Uzun yürüş-8A” daşıyıcı raketinin buraxılışı Haynan adasındakı özəl kosmodromda səhər erkən saatlarda baş tutub. Raket peykləri planlaşdırılan orbitə çatdırıb.

Bu, internet əlaqəsini təmin edən 20-ci peyk qrupudur. Peyklər Çin Elmlər Akademiyasının törəmə müəssisəsi olan Şanxaydakı Mikropeyklər üçün İnnovasiya Akademiyası tərəfindən hazırlanıb. “Starlink”in Çin versiyası hesab olunan kosmik internet sisteminin aşağı orbitlərdə fəaliyyət göstərən təxminən 160 peyki var. Çin dünya miqyasında əhatə dairəsinə malik internet sistemi yaratmaq üçün orbitə təxminən 13 min peyk çıxaracaq.

Digər daşıyıcı raket “Uzun yürüş-2D” isə Siçuan əyalətindəki Siçanq kosmodromundan buraxılıb. Raket “Shiyan 30C” və “Shiyan 30D” eksperimental müşahidə peyklərini orbitə çıxarıb.

Qeyd edək ki, 2025-ci ildə ilk uçuşundan bəri “Uzun yürüş-8A” raketi modul dizaynı, yüksək səmərəliliyi və sürətli cavabvermə imkanları sayəsində Çində aşağı və orta Yer orbitli peyklərin buraxılması üçün əsas modellərdən birinə çevrilib. Raketin uzunluğu 50,5 metr, uçuş çəkisi isə 371 tondur. O, 7 ton yükü 700 kilometr hündürlükdə orbitə qaldıra bilir. “Uzun yürüş-2D” raketinin isə uzunluğu 40,6 metr, uçuş çəkisi 251 tondur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM