satellite   Azerspace-1: 11135 H 30000

Çinin səfiri: Dünyada Çin mədəniyyətinə və həyat tərzinə maraq artır

Çinin səfiri: Dünyada Çin mədəniyyətinə və həyat tərzinə maraq artır

“Çinli olmaq” adlanan yeni bir mədəni trend dünyada populyarlıq qazanır. Bu, vətəndaşlığı dəyişdirməyi deyil, çinlilərin həyat tərzi və gündəlik mədəniyyəti ilə tanış olmağı ehtiva edir.

NTV xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey cümə günü keçirilən brifinqdə ifadə edib.

Diplomatın sözlərinə görə, bu trendin təşəbbüskarı Çinəsilli blogerdir və onun tərəfindən internetdə bir növ “Çin həyat tərzinin kodu” kimi dərc edilib. Tezliklə müxtəlif ölkələrdən olan istifadəçilər bu təcrübələri fəal şəkildə təqlid etməyə başlayıblar. Bu, isti su içmək və pambıq ayaqqabı geyinmək kimi sadə vərdişlərdən tutmuş Çin mahnılarını oxumaq, ənənəvi “Səkkiz tikə parça” siqunq məşqini tətbiq etmək də daxil olmaqla daha mürəkkəb fəaliyyətləri əhatə edir.

Səfir qeyd edib ki, bir çox əcnəbi Çinin mədəniyyətini və həyat tərzini daha dərindən anlamaq üçün bu ölkəyə səfər edir. Onlar səfər əsnasında ənənəvi hanfu geyimləri geyinir, Çin mətbəxi nümunələrinin dadına baxır, yüksəksürətli qatarlarda səyahət edir, dron şoularını izləyir və ənənəvi Çin təbabəti haqqında məlumat əldə edirlər.

Lu Meyin sözlərinə görə, bu maraq Böyük Çin Səddi, kunq-fu və pandalar kimi ənənəvi rəmzlərdən tutmuş insanların təkcə mədəniyyət nümunələrini müşahidə etmələrinə deyil, həm də yaxından iştiraklarına imkan verən gündəlik elementlərə qədər mədəni mübadilənin yeni modelini əks etdirir.

Səfir Çin mədəniyyətinə marağın Azərbaycanda da özünü göstərdiyini vurğulayıb. O, “Çin körpüsü” adlı Çin dili və mahnı müsabiqələrində iştirak etdiyini, burada Azərbaycan məktəbliləri, tələbələrinin yüksək səviyyədə dil biliyi və Çin mədəniyyətinə marağının şahidi olduğunu qeyd edib. Bundan əlavə, bir çox Azərbaycan blogeri Çinə səfər edir və sosial mediada ölkənin müasir metropolları - Pekin, Şanxay, Çunçin və Çendu, eləcə də Yanszı çayının üç dərəsi, Çjanszyaçze və qədim Kaşqar şəhəri kimi məşhur turistik yerlər haqqında paylaşımlar edir.

Lu Mey əlavə edib ki, Çin mətbəxinə maraq azərbaycanlılar arasında da artır. Əriştə, qızardılmış pelmenlər və soyuq əriştə kimi yeməklər getdikcə daha çox populyarlıq qazanır.

Səfir, həmçinin qeyd edib ki, getdikcə daha çox azərbaycanlı gənc Konfutsi institutlarında Çin dilini öyrənir. Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu Biləsuvar rayonunda ilk filialını açıb.

Lu Meyin sözlərinə görə, səfirlik azərbaycanlıların Çin dilini öyrənməsi və onun ölkəsinin mədəniyyəti ilə yaxından tanış olması üçün imkanları genişləndirməyə davam edəcək. O, Azərbaycan vətəndaşlarını Çinə səfər etməyə, çinlilərin həyatını və adət-ənənələrini yaxından öyrənmək üçün vizasız rejimdən yararlanmağa dəvət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İlber Ortaylı vəfat edib

16:51 13.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM