Son illərdə Albaniya Avropanın ən cəlbedici turizm istiqamətlərindən birinə çevrilib.
NTV Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Travel and Tour World” jurnalı məlumat yayıb. Məlumata görə, ölkədə turistlərin xərclədiyi hər avro yerli iqtisadiyyata təxminən 2,8 avro gəlir gətirir.
Turistlərin xərcləri yalnız hotel və kurortlarla məhdudlaşmır, restoranlar, bazarlar, nəqliyyat, kənd təsərrüfatı və sənətkarlıq kimi bir çox sahələrə müsbət təsir göstərir.
Bildirilir ki, Albaniyada hər dörd iş yerindən biri turizm sektoru ilə əlaqəlidir. Turist axını xüsusilə tarixi şəhərlər və təbiət məkanlarının yerləşdiyi regionlarda yerli iqtisadiyyatın inkişafına töhfə verir.
