satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstanda yanacaq bahalaşıb

Bolqarıstanda yanacaq bahalaşıb

Bolqarıstanda son bir həftə ərzində yanacaq qiymətlərində artım qeydə alınıb, ən böyük bahalaşma isə dizel yanacağında müşahidə olunub.

NTV Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fuelo platforması məlumat yayıb. Bildirilib ki, Aİ-95 markalı benzininin qiyməti son bir həftədə litri 0,06 avro artaraq 1,36 avroya çatıb. Premium Aİ-98 markalı benzininin qiyməti də 0,06 avro artaraq litri 1,57 avro olub.

Dizel yanacağının qiyməti isə 0,12 avro artaraq litri 1,48 avroya yüksəlib.

Bolqarıstanın Baş nazirinin müvəqqəti müavini Andrey Qurov bildirib ki, yanacaq qiymətlərinin artması fonunda həssas qruplar və müəssisələr üçün dəstək tədbirləri nəzərdən keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM