satellite   Azerspace-1: 11135 H 30000

Alimlər: Miopiyanın artması yalnız ekrandan istifadə ilə əlaqəli deyil

Alimlər: Miopiyanın artması yalnız ekrandan istifadə ilə əlaqəli deyil

Yeni nəslə məxsus insanlar arasında miopiya (yaxından görmə) halları kəskin şəkildə artıb.

NTV xəbər verir ki, bu gün ABŞ və Avropada gənclərin təxminən yarısı, bəzi Şərqi Asiya ölkələrində isə əhalinin 90%-i bundan əziyyət çəkir.

SUNY Optometriya Kollecinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırma ekrandan istifadənin bu məsələdə yeganə səbəb olmaya biləcəyini göstərir. Tədqiqatçılar qapalı məkanda vizual vərdişlərin - az işıqda uzun müddət yaxın obyektlərə diqqət yetirməyin də rol oynadığını irəli sürürlər. Bu, retinaya çatan işığın miqdarını məhdudlaşdıra bilər.

Retina işığı qəbul edən və beyinə siqnallar ötürən gözün arxasındakı işığa həssas təbəqədir. Yaxın bir obyektə baxdığımız zaman linza görüntünü fokuslamaq üçün daha qabarıq olur. Eyni zamanda, göz bəbəyi kiçilir.

Tədqiqatçıların fikrincə, bu şərtlər altında retinaya daha az işıq çatır ki, bu da miopiyanın inkişafına kömək edə bilər. Mütəxəssislər mümkün profilaktik tədbirlər kimi açıq havada daha çox vaxt keçirməyi, yaxşı işıqlandırmanı və yaxın məsafədən işləyərkən müntəzəm fasilələr almağı təklif edirlər.

Lakin alimlər bu fərziyyənin əlavə tədqiqat tələb etdiyini də vurğulayırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM